...

İndianapolisdə etirazlar zamanı bir nəfər həlak olub

Dünya xəbərləri Materials 31 May 2020 11:18 (UTC +04:00)
ABŞ-ın İndianapolis şəhərində afroamerikalı Corc Floydun ölümü ilə bağlı davam edən etiraz aksiyası zamanı bir nəfər həlak olub
İndianapolisdə etirazlar zamanı bir nəfər həlak olub

Bakı. Trend:

Afroamerikalı Corc Floydun ölümü ilə bağlı ABŞ-ın İndianapolis şəhərində davam edən etiraz aksiyası zamanı bir nəfər həlak olub.

Trend-in məlumatına görə, həmin şəxs odlu silahdan açılan atəş nəticəsində ölüb. Daha 3 nəfər isə güllə yarası alıb.

Aksiya zamanı polis əməkdaşının yaralandığı deyilir. Həmin insidentlə bağlı araşdırma aparılır.

Bundan başqa, Denver şəhərində naməlun şəxs avtomobili polis maşınıın üstünə sürüb.

Hadisə nəticəsində 3 polis əməkdaşı və bir mülki şəxs xəsarət alıb. Hadisəni törədən şəxs bölgədən uzaqlaşıb.

Qeyd edək ki, Minneapolis şəhərində (Minnesota ştatı) afroamerikalı Corc Floydun ölümündən sonra ABŞ-ın müxtəlif yerlərində etiraz aksiyaları başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti