...

Belarusda yeni Baş nazir təyin olunub

Dünya xəbərləri Materials 4 İyun 2020 12:38 (UTC +04:00)
Belarusda yeni Baş nazir təyin olunub

Bakı. Trend:

Belarusda Roman Qolovçenko yeni Baş nazir təyin edilib.

Trend-in məlumatına görə, bu barədə ölkə Prezidenti Aleksandr Lukaşenko sərəncam imzalayıb.

Qeyd edək ki, ötən gün Sergey Rumasın başçılıq etdiyi hökumət istefa vermişdi.

A.Lukaşenko yeni hökumətin formalaşdırılmasını avqustun 9-da keçiriləcək prezident seçkilərinə hazırlıqla izah edib.

R.Qolovçenko 2018-ci ilin avqustundan Belarus Dövlət Hərbi-Sənaye Komitəsinin sədri işləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti