...

Kanadada etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq olunub

Dünya xəbərləri Materials 8 İyun 2020 11:41 (UTC +04:00)
Kanadanın Monreal şəhərində polis zorakılığı və irqçilik əleyhinə etiraz aksiyası keçirilib
Kanadada etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq olunub

Bakı. Trend:

Kanadanın Monreal şəhərində polis zorakılığı və irqçilik əleyhinə etiraz aksiyası keçirilib.

Trend-in məlumatına görə, aksiyaya minlərlə şəxs qoşulub.

Polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə etməli olub. Qeyd olunur ki, bu addım bəzi etirazçıların polisə daş və digər əşyalar atmasından sonra tətbiq edilib.

Etirazlar nəticəsində 1 nəfər hüquq-mühafizə əməkdaşlarına hədə-qorxu gəldiyi üçün saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti