...

İtaliyada antimafiya əməliyyatı: 59 nəfər saxlanıldı

Dünya xəbərləri Materials 9 İyun 2020 16:33 (UTC +04:00)
İtaliyada antimafiya əməliyyatı: 59 nəfər saxlanıldı

Bakı. Trend:

İtaliyanın Neapol şəhərində polis mafiyaya qarşı genişmiqyaslı əməliyyat keçirib.

Trend-in məlumatına görə, əməliyyat nəticəsində “Kamorra” mafiyası ilə əlaqəli olan 59 nəfər saxlanılıb.

Saxlanılanlar barəsində mafiya fəaliyyəti, şantaj, seçki saxtakarlığı, insanların azadlığını qanunsuz məhdudlaşdırma ittihamları irəli sürülüb.

Bundan başqa, neapollu senator Luici Çezaronun mafiya ilə əlaqələri araşdırılır. Saxlanılan şəxslər arasında onun 3 qardaşının olduğu bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti