...

Argentinada koronavirusa rekord sayda yoluxma halı qeydə alınıb

Dünya xəbərləri Materials 10 İyun 2020 08:19 (UTC +04:00)
Argentinada koronavirusa rekord sayda yoluxma halı qeydə alınıb

Bakı. Trend:

Argentinada ötən sutka ərzində yeni növ koronavirusa 1 141 yoluxma halı aşkarlanıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 24 761 nəfərə çatıb. Ən çox yoluxma halı Buenos-Ayres əyaləti (545) və ölkənin paytaxtında (535) qeydə alınıb.

Bildirilir ki, ötən sutka ərzində 24 nəfər koronavirusdan ölüb, ölənlərin ümumi sayı 717 nəfərə çatıb, 7 568 nəfər koronavirusdan sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti