Bakı. Trend:
Avropa İttifaqında (Aİ) son iki ay ərzində koronavirusa yeni yoluxma halları 80 faiz azalıb.
Trend-in məlumatına görə, bunu səhiyyə məsələləri üzrə Avropa komissarı Stella Kiriakides Aİ səhiyyə nazirlərinin videokonfransında deyib.
O bildirib ki, iyunun 9-da olan vəziyyətə əsasən, koronavirusa yoluxma 80 faiz azalsa da, pandemiya hələlik başa çatmayıb. Ona görə Avropa Komissiyası vaksinin əldə olunması üzrə Avropa strategiyasını təqdim edəcək.
O əlavə edib ki, Aİ koronavirus vaksinlərinin hazırlanması və sınaqları üzrə araşdırmaların maliyyələşdirilməsi üçün 8 milyard avrodan çox vəsait toplayıb.