...

Texasda sutka ərzində rekord sayda koronavirusa yoluxma halları aşkarlanıb

Dünya xəbərləri Materials 13 İyun 2020 08:31 (UTC +04:00)
Texasda sutka ərzində rekord sayda koronavirusa yoluxma halları aşkarlanıb

Bakı. Trend:

Texas ştatında son sutka ərzində rekord sayda koronavirusa yoluxma halları qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə "Texas Tribune" qazeti xəbər yayıb.

Məlumata əsasən, ştatda son sutkada xəstəxanalara bu virusa yoluxan 2 166 nəfər yerləşdirilib.

Daha əvvəlki rekord göstəricilər bu həftə ərzində - 2 008 və 2 153 nəfər təşkil edib.

COVİD-19 virusunun müəyyənləşdirilməsi üçün aparılan testlərin müsbət olan nəticələri isə son sutkada Texas ştatında 1 724-ə çatıb. Ümumilikdə ştatda koronavirusa yoluxanların sayı 83 680-ə yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti