...

Moskvada koronavirusdan daha 53 nəfər ölüb

Dünya xəbərləri Materials 15 İyun 2020 02:41 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskvada son sutka ərzində koronavirusdan daha 53 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 53 xəstə dünyasını dəyişib".

Ümumilikdə şəhərdə koronavirusdan 3 334 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti