...

Pekinin hava limanlarında 900-dən artıq reys ləğv edilib

Dünya xəbərləri Materials 17 İyun 2020 00:22 (UTC +04:00)
Pekinin hava limanlarında 900-dən artıq reys ləğv edilib

Bakı. Trend:

Çinin paytaxtı Pekinin hava limanlarında 900-dən artıq aviareys ləğv edilib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, paytaxtın Şoudu beynəlxalq hava limanında təxminən 1,1 min aviareysin yerinə yetirilməsi planlaşdırılırdı, lakin onlardan 634-ü daha sonra ləğv edildi.

Pekinin ən böyük hava limanı olan Dasində gün ərzində 558 uçuş yerinə yetirilməli olsada, onlardan 295-i daha sonra ləğv edilib.

Qeyd edək ki, ötən gün Pekin şəhərinin hakimiyyəti şəhərin ən böyük topdansatış bazarında koronavirus infeksiyasının yayılmasına görə ictimai səhiyyə sahəsində fövqəladə hazırlıq dərəcəsini ikinci səviyyəyə yüksəldib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti