...

Çində ötən sutka ərzində 27 nəfərdə koronavirus aşkarlanıb

Dünya xəbərləri Materials 20 İyun 2020 08:57 (UTC +04:00)
Çində ötən sutka ərzində 27 nəfərdə koronavirus aşkarlanıb

Bakı. Trend:

Çində ötən sutka ərzində 27 nəfərdə yeni növ koronavirusun aktiv forması aşkarlanıb.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, yeni yoluxma hallarından 4-ü xaricdən gələn vətəndaşlarda, 23-ü isə ölkə daxilində qeydə alınıb: Pekin şəhərində (22) və Hebey əyalətində (1).

Qeyd edilir ki, son sutka ərzində Çində koronavirusdan ölüm halı qeydə alınmayıb.

Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 83 352 nəfərə çatıb, ölənlərin sayı isə 4 634 nəfər səviyyəsində qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti