...

Avstraliyada koronavirusla mübarizəyə ordu cəlb olunacaq

Dünya xəbərləri Materials 24 İyun 2020 18:28 (UTC +04:00)
Avstraliyada koronavirusla mübarizəyə ordu cəlb olunacaq

Bakı. Trend:

Avstraliyanın Viktoriya ştatının rəhbərliyi son sutka ərzində koronavirusa yoluxma sayında kəskin artımla əlaqədar maddi-texniki dəstək üçün ölkənin Müdafiə Nazirliyinə müraciət edib.

Trend-in məlumatına görə, infeksiya ocaqlarında yerləşən karantin mərkəzlərində və tibb müəssisələrində kömək göstərilməsi üşün 300 nəfərin, o cümlədən hərbi həkimlərin ayrılması xahiş olunub.

Bu həftənin sonunadək Viktoriyada, eləcə də qonşu Yeni Cənubi Uels, Cənubi Avstraliya və Kvinslend ştatlarında 6 yeni karantin mərkəzi açılacaq.

Qeyd edək ki, bu günədək Avstraliyada 7 500-dən çox yoluxma qeydə alınıb, 103 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti