...

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 135 mindən çox artıb

Dünya xəbərləri Materials 25 İyun 2020 02:29 (UTC +04:00)
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 135 mindən çox artıb

Bakı. Trend:

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 135 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

İyunun 24-ü saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 135 212 nəfər yeni koronavirusa yoluxub, 4 187 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 9 129 146, ölənlərin isə 473 797 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 4 507 006 yoluxma və 226 504 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 2 581 602, ölənlərin sayı isə 194 530 nəfərə çatıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 950 730 yoluxma və 21 439 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti