...

ABŞ-da koronavirusa rekord sayda yeni yoluxma qeydə alınıb

Dünya xəbərləri Materials 27 İyun 2020 13:07 (UTC +04:00)
ABŞ-da koronavirusa rekord sayda yeni yoluxma qeydə alınıb

Bakı. Trend:

ABŞ-da ötən sutka ərzində yeni növ koronavirusa rekord sayda yoluxma qeydə alınıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, ötən sutka ölkədə 40 870 nəfər koronavirusa yoluxub, yoluxanların ümumi sayı 2,47 milyon nəfəri ötüb.

Bu həftə ən çox yoluxma halları Aydaho, Alabama, Arizona, Vayominq, Corciya, Kaliforniya, Missisipi, Missuri, Nevada, Oklahoma, Tennesi, Texas, Florida və Cənubi Karolina ştatlarında qeydə alınıb. Adıçəkilən ştatlardan bəzilərində yoluxma hallarının sayı daha əvvəl tətbiq edilən məhdudiyyətlərin ləğv edilməsindən sonra artıb.

Xatırladaq ki, ötən gün ABŞ vitse-prezidenti Maykl Pens bildirib ki, ölkənin 16 ştatında koronavirusa yoluxma hallarında artım müşahidə edilib, 34 ştatda isə vəziyyət stabilləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti