...

Türkiyə XİN: Ankara PKK ilə mübarizədə İraqdan əməkdaşlıq gözləyir

Dünya xəbərləri Materials 27 İyun 2020 09:21 (UTC +04:00)
Türkiyə XİN: Ankara PKK ilə mübarizədə İraqdan əməkdaşlıq gözləyir

Bakı. Trend:

Ankara PKK terror təşkilatı ilə mübarizədə İraqdan əməkdaşlıq gözləyir.

Trend-in "Anadolu"ya istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hami Aksoy deyib.

Onun sözlərinə görə, İraq səlahiyyətliləri tərəfindən Türkiyə əsgərlərinin hərəkətlərinin mülki şəxslərin ölümünə səbəb olduğu ilə bağlı həqiqəti əks etdirməyən iddialar səsləndirilir.

H.Aksoy qeyd edib ki, bu iddialar PKK terror təşkilatının Türkiyəyə və onun apardığı antiterror əməliyyatlarına qarşı təbliğatının bir hissəsidir.

XİN nümayəndəsi İraq hakimiyyətini terrorçuların bu cür təbliğatına uymamağa çağırıb: "Əməliyyatlarımız zamanı mülki şəxslərin qorunmasına son dərəcə həssaslıqla yanaşırıq. İraq hakimiyyəti də bundan xəbərdardır. Buna görə biz İraqdan təkcə Türkiyənin deyil, İraqın da təhlükəsizliyini, sabitliyini və ərazi bütövlüyünü təhdid edən PKK terror təşkilatına qarşı mübarizədə əməkdaşlıq gözləyirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti