...

Çində güclü yağışlar səbəbindən 12 nəfər həlak olub

Dünya xəbərləri Materials 29 İyun 2020 07:32 (UTC +04:00)

Bakı. Trend:

Leysan xarakterli yağışlar Çinin Sıçuan vilayətində 12 nəfərin ölümünə səbəb olub.

Trend-in məlumatına görə, bu barədə "Sinxua" agentliyi bildirib.

Məlumata əsasən, daha 10 sakinin itkin düşdüyü bildirilir. Leysan yağışları lokal daşqınlara səbəb olub, bununla əlaqədar hakimiyyət orqanları 7,7 mindən çox insanı təxliyə etmək məcburiyyətində qalıb. Xilasedicilər hadisə yerində işləyirlər.

Rəsmi məlumatlara görə, 9,8 mindən çox Çin vətəndaşı yüksək risk zonasındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti