...

Ermənistanda daha 593 nəfər koronavirusa yoluxdu

Dünya xəbərləri Materials 2 İyul 2020 11:20 (UTC +04:00)
Ermənistanda daha 593 nəfər koronavirusa yoluxdu

Bakı. Trend:

Ermənistanda koronavirusa yoluxanların sayı 26 658 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 593 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 6 nəfərin ölümü qeydə alınıb.

Bugünədək Ermənistanda 459 nəfər koronavirusdan ölüb, 11 010 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyulun 13-dək uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti