...

Tramp: ABŞ-da koronavirusla bağlı vəziyyət bir aya yaxşılaşacaq

Dünya xəbərləri Materials 8 İyul 2020 19:43 (UTC +04:00)
Tramp: ABŞ-da koronavirusla bağlı vəziyyət bir aya yaxşılaşacaq

Bakı. Trend:

ABŞ-da koronavirusla bağlı vəziyyət göstərilən səylər nəticəsində bir ay ərzində yaxşılaşacaq.

Trend-in məlumatına görə, bunu ölkə Prezidenti Donald Tramp mətbuata müsahibəsində deyib.

O, ölkədə pandemiya ilə mübarizənin səmərəli davam etdiyini deyib:

"Hesab edirəm ki, iki, üç, dörd həftə sonra biz növbəti dəfə görüşəndə, hər kəs daha yaxşı formada olacaq".

D.Tramp etiraf edib ki, pandemiya ilə bağlı məhdudiyyətər yumşaldıldıqdan sonra bir çox ştatlarda, o cümlədən Kaliforniya və Floridada yoluxma sayında kəskin artım müşahidə olunub.

Qeyd edək ki, bu günədək ABŞ-da 3 milyona yaxın şəxs koronavirusa yoluxub, 131 mindən çox xəstə həyatını itirib.

Xəbər lenti

Xəbər lenti