...

Qara dənizdə genişmiqyaslı hərbi təlimlər başa çatıb

Dünya xəbərləri Materials 27 İyul 2020 16:22 (UTC +04:00)
Qara dənizdə genişmiqyaslı hərbi təlimlər başa çatıb

Bakı. Trend:

Qara dənizdə “Sea Breeze-2020” genişmiqyaslı hərbi təlimləri başa çatıb.

Trend-in məlumatına görə, iyulun 20-də başlamış təlimlərdə Ukrayna, Gürcüstan, Türkiyə, Bolqarıstan, Rumıniya, ABŞ, Norveç və İspaniya hərbçiləri iştirak ediblər.

Təlimlərə ümumilikdə 2 mindən çox hərbçi, 20-dən çox gəmi, eləcə də aviasiya vasitələri qatılıb.

Bu təlimləri, eyni zamanda Ukraynanın Odessa və İspaniyanın Rota şəhərlərindəki qərargahlardan idarə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti