...

Türkiyədə arxeoloqlar 1700 yaşı olan heykəl aşkarlayıblar

Dünya xəbərləri Materials 29 İyul 2020 08:45 (UTC +04:00)
Türkiyədə arxeoloqlar 1700 yaşı olan heykəl aşkarlayıblar

Bakı. Trend6

Türkiyənin Antalya vilayətində yerləşən qədim Perge şəhərinin ərazisində arxeoloqlar Ellinistik dövrünə aid 1700 il yaşı olan qadının heykəli tapdılar.

Trend-in məlumatına görə, iki hissədən ibarət olan bu tapıntı: bədən və qırılmış baş, 2020-ci ildə Pergedə tapılmış ilk heykəldir. Qazıntılara İstanbul Universitetinin arxeologiya professoru Sedef Kokay Kepçe rəhbərlik edir.

Eramızın 3-cü əsrinə aid heykəlin bərpa işləri başa çatdıqdan sonra, onun Antalya Arxeoloji Muzeyinə yerləşdiriləcəyi gözlənilir.

Qədim şəhərdəki qazıntılar 1946-cı ildə İstanbul Universitetinin alimləri tərəfindən başlanıb və hələ də davam edir. 2009-cu ildə Antalyadan 18 kilometr aralıda yerləşən Perge YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti