Bakı. Trend:
Dünyada 19 007 938 nəfər yeni növ koronavirusa yoluxub.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.
Məlumata əsasən, koronavirusa yoluxanlardan 11 482 467 nəfəri sağalıb, 713 406 nəfəri isə ölüb.
Bildirilir ki, ən çox yoluxma halları ABŞ-da (4 881 974), Braziliyada (2 912 212) və Hindistanda (1 964 536) qeydə alınıb.