...

Hindistanda koronavirusa yoluxanların sayı 2 milyon nəfəri keçib

Dünya xəbərləri Materials 7 Avqust 2020 14:45 (UTC +04:00)

Bakı. Trend:

Hindistanda koronavirusa yoluxanların sayı 2 milyon nəfəri keçib.

Trend-in məlumatına görə, Hindistan ABŞ və Braziliyadan sonra bu göstəricini keçən üçüncü ölkə olub.

Qeyd olunur ki, son 1 milyon yoluxma ölkə ərazisində 20 gün ərzində qeydə alınıb. Son sutka ərzində isə 62 mindən çox şəxs koronavirusa yoluxub.

Bu günədək 41 673 nəfər virusdan həyatını itirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti