...

Paris yaxınlığında yaşayış evi yanıb - Ölənlər var

Dünya xəbərləri Materials 11 Avqust 2020 11:48 (UTC +04:00)
Paris yaxınlığında yaşayış evi yanıb - Ölənlər var

Bakı. Trend:

Fransanın paytaxtı Paris yaxınlığında yaşayış evində yanğın baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində iki nəfər həlak olub.

Gecə saatlarında başlayan yanğının qarşısını dörd saatdan sonra almaq mümkün olub.

Binada yaşayan bütün sakinlər təxliyə olunub. Yanğınsöndürmə və xilasetmə işlərinə 150-dən çox yanğınsöndürən cəlb olunub.

Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti