Bakı. Trend:
Mərakeşdə sutkada ən azı 1 776 yeni koronavirus ilə yoluxma hadisəsi aşkar edilib, yoluxanların ümumi sayı 41 017-ə çatdı.
Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
Martın 2-dən bəri 632 nəfər koronavirusdan ölüb, 28 566 xəstə sağalıb. 1 542 217 nəfərdə virus üçün testlər neqativ çıxıb.
Son 24 saat ərzində Mərakeşdə 922 nəfər sağalıb, 21 xəstə vəfat edib.