...

“Laura” qasırğası ABŞ sahillərinə çatıb

Dünya xəbərləri Materials 27 Avqust 2020 10:54 (UTC +04:00)

Bakı. Trend:

Ən təhlükəli beşinci kateqoriyayadək yüksələn “Laura” qasırğası ABŞ-ın Luiziana ştatına çatıb.

Trend-in məlumatına görə, bu qasırğanın ABŞ tarixində ən güclü qasırğa olacağı proqnozlaşdırılır.

Bəzi ərazilərdə küləyin sürəti maksimum 240 kilometr/saatadək çata bilər.

Luiziana və Texas ştatlarında 600 minə yaxın sakinin təxliyəsi tapşırılıb.

ABŞ sahillərinə çatanadək “Laura” və digər tropik qasırğa “Marko” Karib hövzəsi ölkələrində ciddi fəsadlar törədib. Kuba, Dominikan Respublikası, Puerto-Rikoda dağıntılar qeydə alınıb. Ümumilikdə 24 nəfər həyatını itirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti