...

Dünyada koronavirusa yoluxanların sayı 25 milyon nəfəri ötüb

Dünya xəbərləri Materials 30 Avqust 2020 12:07 (UTC +04:00)
Dünyada koronavirusa yoluxanların sayı 25 milyon nəfəri ötüb

Bakı. Trend:

Dünyada qeydə alınan koronavirusa yoluxanların sayı 25 milyonu ötüb.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın Con Hopkins Universitetinin apardığı hesablamalar göstərib.

Məlumatda bildirilir ki, hazırda yoluxanların sayı 25 009 250 nəfər təşkil edir, 842 702 nəfər xəstəlikdən ölüb, 16 411 400 nəfər isə sağalıb.

Yoluxma hallarının çoxu ABŞ-da (5 961 582) qeydə alınıb. Bunun ardınca Braziliya (3 846 153) və Hindistan (3 542 733) gəlir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti