...

Moskvada koronavirusdan daha 12 nəfər ölüb

Dünya xəbərləri Materials 2 Sentyabr 2020 01:15 (UTC +04:00)
Moskvada koronavirusdan daha 12 nəfər ölüb

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 12 nəfər ölüb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 12 xəstə dünyasını dəyişib".

Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 4 844 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti