...

Pandemiya dövründə ilk iri kino festivalı start götürüb

Dünya xəbərləri Materials 3 Sentyabr 2020 15:01 (UTC +04:00)
Pandemiya dövründə ilk iri kino festivalı start götürüb

Bakı. Trend:

İtaliyada nüfuzlu Venesiya film festivalı start götürüb.

Trend-in məlumatına görə, bu il 77-cisi keçirilən festival koronavirus pandemiyası başlayandan ilk iri kino festivalı olub.

Pandemiya ilə əlaqədar, festivala bir çox kino ulduzları qatıla bilməyib.

Münsiflər heyətinə məşhur aktrisa Keyt Blanşett rəhbərlik edəcək. Festival sentyabrın 12-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti