...

Gecə klubunda atışma olub, 11 nəfər ölüb

Dünya xəbərləri Materials 28 Sentyabr 2020 03:41 (UTC +04:00)
Gecə klubunda atışma olub, 11 nəfər ölüb

Bakı. Trend:

Meksikanın mərkəzində azı 11 nəfər naməlum şəxslərin hücumuna məruz qalıb.

Trend-in məlumatına görə, bu barədə "Milenio" qəzeti bildirib.

Hadisə Xaral-del-Proqreso (Quanxato ştatı) bələdiyyəsində baş verib. Altı nəfərdən ibarət bir qrup şəxs gecə klubuna hücum edib. Atışma nəticəsində dörd qadın və yeddi kişi həlak olub.

Hakimiyyət orqanları hadisə ilə əlaqədar araşdırmaya başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti