...

Moskvada koronavirusdan ölənlərin sayı 5 314 nəfərə çatıb

Dünya xəbərləri Materials 3 Oktyabr 2020 02:58 (UTC +04:00)
Moskvada koronavirusdan ölənlərin sayı 5 314 nəfərə çatıb

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 32 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 32 xəstə dünyasını dəyişib".

Ümumilikdə Rusiyanın paytaxtında koronavirusa yoluxanların sayı 297 729 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 5 314-ə yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti