...

Rusiyada son sutkada 12 mindən çox yoluxma olub, 201 nəfər ölüb

Dünya xəbərləri Materials 9 Oktyabr 2020 11:49 (UTC +04:00)
Rusiyada son sutkada 12 mindən çox yoluxma olub, 201 nəfər ölüb

Bakı. Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 1,27 milyon nəfəri keçib.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 12 126 nəfər virusa yoluxub, 201 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 1 272 238 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 22 257 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 1 009 421 nəfər virusdan sağalıb, 240 560 nəfərin müalicəsi isə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti