...

"Tesla" 2020-ci ildə 500 min avtomobil istehsal etməyi planlaşdırır

Dünya xəbərləri Materials 10 Oktyabr 2020 17:06 (UTC +04:00)
"Tesla" 2020-ci ildə 500 min avtomobil istehsal etməyi planlaşdırır

Bakı. Trend:

"Tesla" şirkəti 2020-ci il ərzində istehsalı ötən illə müqayisədə 17 faiz artıraraq 500 min avtomobil istehsal etmək niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə şirkətin rəhbəri İlon Maskın əməkdaşlara ünvanladığı məktubda deyilir.

Qeyd olunub ki, "Tesla" bu ilin ilk üç rübü ərzində 330 min avtomobil istehsal edib. Təkcə üçüncü rübdə bu göstərici 145 minə bərabər olub.

Qoyulan hədəfə nail olmaq üçün, şirkət dördüncü rüb ərzində 170 min avtomobil istehsal etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti