Bakı. Trend:
COVID-19 infeksiyasına yol açan SARS-CoV-2 koronavirus müxtəlif səthlər, o cümlədən əskinaslarda, mobil telefon ekranlarında və paslanmayan polad üzərində 28 günədək qala bilər.
Trend-in məlumatına görə, bir qrup avstraliyalı alim bu qənaətə gəlib.
Aparılan müşahidələrə əsasən məlum olub ki, virus 20 dərəcə temperaturda fərqli səthlərdə 28 günədək qalır. 30-40 dərəcə temperaturda isə virusun mövcudluq müddəti əhəmiyyətli dərəcədə azalır.
Pambıq kimi səthlərdə koronavirusun aşağı temperaturda 14 günədək, yüksək temperaturda isə 16 saatadək qaldığı müəyyən edilib.