...

Türkiyədə koronavirusdan sağalanların sayı 295 658 nəfərə çatıb

Dünya xəbərləri Materials 12 Oktyabr 2020 22:16 (UTC +04:00)

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha 58 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 8 895 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 614 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 337147 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 301 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 295 658 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti