...

Moskvada koronavirusdan ölənlərin sayı 6 312-ə yüksəlib

Dünya xəbərləri Materials 24 Oktyabr 2020 00:49 (UTC +04:00)
Moskvada koronavirusdan ölənlərin sayı 6 312-ə yüksəlib

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 63 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 63 xəstə dünyasını dəyişib".

Ümumilikdə Rusiyanın paytaxtında koronavirusa yoluxanların sayı 386,9 mini ötüb, xəstəlikdən ölənlərin sayı isə 6 312-ə yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti