...

Rusiyada 18 mindən çox yeni yoluxma qeydə alınıb

Dünya xəbərləri Materials 2 Noyabr 2020 12:19 (UTC +04:00)
Rusiyada 18 mindən çox yeni yoluxma qeydə alınıb

Bakı. Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 1,65 milyon nəfəri keçib.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 18 257 nəfər virusa yoluxub, 238 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 1 655 038 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 28 473 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 1 236 033 nəfər virusdan sağalıb, 390 532 nəfərin müalicəsi isə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti