...

KİV: Bayden tələb olunan 270 seçici səsini toplayıb

Dünya xəbərləri Materials 7 Noyabr 2020 21:14 (UTC +04:00)
KİV: Bayden tələb olunan 270 seçici səsini toplayıb

Bakı. Trend:

Demokratlar partiyasından ABŞ prezidenti vəzifəsinə namizəd Cozef Bayden seçkilərdə qalib gəlib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə "CNN" telekanalı, "Associated Press" agentliyi və "NBC" telekanalı xəbər verir.

Məlumata əsasən, C.Bayden qələbə üçün tələb olunan 270 seçici səsini toplayıb. Bildirilir ki, C.Bayden Pensilvaniya ştatında (20 seçici səsi) qələbə qazanaraq səslərinin sayını 273-ə çatdırıb.

D.Trampın səslərinin sayı 213-ə bərabərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti