...

Türkiyədə koronavirusdan sağalanların sayı 342 mini keçib

Dünya xəbərləri Materials 11 Noyabr 2020 02:18 (UTC +04:00)
Türkiyədə koronavirusdan sağalanların sayı 342 mini keçib

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha nəfər yeni növ koronavirusdan (COVİD-19) 87 nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 11 059 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 2 529 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 399 360 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 2 215 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 342 501 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti