Bakı. Elnur Bağışov - Trend:
İranda ötən sutka ərzində 12 543 nəfər koronavirusa (COVID-19) yoluxub. Bu, ölkədə gündəlik yoluxma halında qeydə alınan ən yüksək rəqəmdir.
brend-in məlumatına görə, Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 762 068 nəfərə yüksəlib. Virus daşıyıcılarından 5 666 nəfərin vəziyyəti ağırdır.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 459 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 41 493 nəfərə çatıb.
Sadat Lari əlavə edib ki, İranda indiyədək 558 818 nəfər koronavirusdan sağalıb.
İranda indiyədək 5,5 milyondan çox diaqnoz testi həyata keçirilib.