...

"Yota" qasırğası ikinci dərəcəyə qədər güclənib

Dünya xəbərləri Materials 16 Noyabr 2020 07:51 (UTC +04:00)

Bakı. Trend:

Birinci dərəcəli "Yota" qasırğası ikinci dərəcəyə qədər güclənib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Qasırğalara Nəzarət üzrə Milli Mərkəzindən bildiriblər.

Məlumata əsasən, qasırğa daxilində küləyin sürəti saniyədə 44,7 metrə çatır. Hazırda siklon Karib dənizində Providensiya adasından 175 kilometr şərqdədi.

Bildirilir ki, qasırğa saniyədə 4 metr sürətlə qərb istiqamətində hərəkət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti