...

Kanadada 100 mindən çox insan işıqsız qaldı

Dünya xəbərləri Materials 16 Noyabr 2020 21:07 (UTC +04:00)
Kanadada 100 mindən çox insan işıqsız qaldı

Bakı. Trend:

Kanadada güclü külək səbəbindən 100 mindən çox insan elektrik enerjisiz qalıb.

Trend-in məlumatına görə, bu barədə CTV telekanalı xəbər verib.

Bildirilib ki, hadisə Kanadanın Ontario vilayətinin cənub hissəsində baş verib.

Milli Hava Bürosunun məlumatına görə, küləyin sürəti bəzi yerlərdə 100 km/saatı (28 m/s) keçib. Nəticədə bölgədə yüzlərlə ağac aşıb, elektrik xətləri zədələnib, bir çox evlərin damları uçub.

Xəsarət alanlar barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti