...

Moskvada koronavirusdan ölənlərin sayı 8 min nəfəri ötüb

Dünya xəbərləri Materials 18 Noyabr 2020 02:31 (UTC +04:00)
Moskvada koronavirusdan ölənlərin sayı 8 min nəfəri ötüb

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan 76 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 76 xəstə dünyasını dəyişib".

Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 8 009 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti