...

Çexiyada fövqəladə vəziyyət rejimi dekabrın 12-dək uzadılıb

Dünya xəbərləri Materials 20 Noyabr 2020 05:15 (UTC +04:00)
Çexiyada fövqəladə vəziyyət rejimi dekabrın 12-dək uzadılıb

Bakı. Trend:

Çexiya parlamentinin deputatlar palarası koronavirusla əlaqədar ölkədə fövqəladə vəziyyət rejiminin müddətini dekabrın 12-dək uzadılması barədə qərar qəbul edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, fövqəladə vəziyyət rejiminin uzadılmasının lehinə 56 deputat, əleyhinə isə 42 deputat səs verib.

Qeyd edək ki, hazırkı dövrədək Çexiyada yeni növ koronavirusa 475 284 nəfər yoluxub. Koronavirusa yoluxanlardan 6 740 nəfəri vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti