...

Braziliyada koronavirusa yoluxanların sayı 6,3 milyon nəfəri ötüb

Dünya xəbərləri Materials 30 Noyabr 2020 08:51 (UTC +04:00)
Braziliyada koronavirusa yoluxanların sayı 6,3 milyon nəfəri ötüb

Bakı. Trend:

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 24 468 nəfər yoluxub.

Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 6 314 740 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 272 nəfər ölüb, ölənlərin ümumi sayı 172 833 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti