...

Ermənistan müxalifəti Paşinyanın yerinə vahid namizədini açıqladı

Dünya xəbərləri Materials 3 Dekabr 2020 16:34 (UTC +04:00)
Ermənistan müxalifəti Paşinyanın yerinə vahid namizədini açıqladı

Bakı. Orxan Nəbiyev - Trend:

Ermənistanda 17 müxalif partiya Vazgen Manukyanın namizədliyini baş nazir vəzifəsinə təklif edib.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə müxalifət liderlərinin görüşündə qərar verilib.

Deputatların sözlərinə görə, parlamentdə baş nazir Nikol Paşinyanın istefa verməsinin zəruriliyi barədə konsensus mövcuddur.

V.Manukyanın parlament tərəfindən baş nazir seçiləcəyi təqdirdə onun erkən seçkilər təyin edəcəyi gözlənilir.

Qeyd edək ki, Vazgen Manukyan 1990-93-cü illərdə Ermənistan baş naziri və müdafiə naziri işləyib.

O, 1996-cı ildə prezidentliyə namizədliyini vermişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti