...

ABŞ hərbçiləri Somalini tərk edir

Dünya xəbərləri Materials 5 Dekabr 2020 04:29 (UTC +04:00)
ABŞ hərbçiləri Somalini tərk edir

ABŞ prezidenti Donald Tramp 2021-ci ilin əvvəlinə qədər Somalidən demək olarki bütün amerikan hərbi heyətinin çıxarılması ilə bağlı göstəriş verib.

Trend-in TASS-a istinadən verdiyi məlumatına görə, bu barədə “ Wall Street Journal” xəbər verib.

Hazırda sözügedən Afrika ölkəsində təxminən 700 ABŞ hərbçisi var. Hərbçilərin Somalidən digər dövlətlərə göndəriləcəyi bildirilir və bəyanatda "ABŞ Afrikanı tərk etmir" ifadəsi vurğulanır. Pentaqon Afrikada hərbi qüvvələrini saxlamağda davam etdirmək niyyətindədir və bu, onların fikricə, ABŞ-a "nəhəng dövlətlərin rəqabətində üstünlük" verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti