...

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 656 mindən çox artıb

Dünya xəbərləri Materials 13 Dekabr 2020 02:28 (UTC +04:00)
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 656 mindən çox artıb

Bakı. Trend:

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 656 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 656 181 nəfər yeni koronavirusa yoluxub, 11 868 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 69 808 588, ölənlərin isə 1 588 854 nəfərə çatıb.

Bildirilir ki, son sutkada ən çox yoluxma halları Şimali və Cənubi Amerikada (303 063), Avropada (265 334) və Cənubi-Şərqi Asiyada (40 396) qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti