Bakı. Trend:
Almaniya "Pfizer" və "BioNTech" şirkətlər konsorsiumu tərəfindən hazırlanmış əlavə 30 milyon doza koronavirus peyvəndi alacaq.
Trend-in məlumatına görə, bu barədə "Bild" qəzeti xəbər verib.
Daha əvvəl Almaniya bu istehsalçılardan Avropa İttifaqı vasitəsilə 55,8 milyon doza ilə təmin edilib. Almaniya şirkətləri başqa bir şirkətdən (Moderna) 50,5 milyon doza alacaqlar.
Almaniya "AstraZeneca", "CureVac" və "Johnson & Johnson" şirkətlərindən on milyonlarla doza almağa hazırlaşır.
Almaniyada əhalinin COVID-19 əleyhinə vaksinasiyası 27 dekabrda başlamalıdır.