...

Böyük Britaniya koronavirusun yayılması səbəbindən məhdudlaşdırıcı tədbirləri sərtləşdirəcək

Dünya xəbərləri Materials 19 Dekabr 2020 22:14 (UTC +04:00)
Böyük Britaniya koronavirusun yayılması səbəbindən məhdudlaşdırıcı tədbirləri sərtləşdirəcək

Bakı. Trend:

Londonda və İngiltərənin cənub-şərqində epidemiya vəziyyəti əvvəllər mövcud olmayan dördüncü səviyyəli məhdudiyyətlərin tətbiq edilməsini tələb edir.

Trend-in məlumatına görə, Böyük Britaniyanın Baş naziri Boris Consonun təcili mətbuat konfransında bildirib ki, koronavirusun yeni bir genetik variantının aşkarlanmasından sonra ölkədə COVID-19-un yayılma sürəti kəskin sürətləndi:

"Vəziyyətin ən çox təsir göstərdiyi bölgələrdə, xüsusilə üçüncü səviyyədə məhdudiyyətlərin hazırda qüvvədə olduğu Londonun bir sıra rayonlarında, İngiltərənin cənub-şərq və şərq rayonlarında tətbiq olunacaq".

Baş nazir bildirib ki, həmin ərazilərdə yeni - dördüncü səviyyəli məhdudiyyətlər tətbiq olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti