...

Fransa "Pfizer" vaksininin istifadəsinə icazə verdi

Dünya xəbərləri Materials 24 Dekabr 2020 16:12 (UTC +04:00)
Fransa "Pfizer" vaksininin istifadəsinə icazə verdi

Bakı. Orxan Nəbiyev - Trend:

Fransa hökuməti ölkədə koronavirusa qarşı "Pfizer" və "BioNTech" şirkətlərinin vaksinin istifadəsi üçün icazə verib.

Trend-in məlumatına görə, yeni vaksindən 16 yaşdan yuxarı bütün şəxslər istifadə edə bilər.

Qeyd edək ki, bir müddət əvvəl "Pfizer" və "BioNTech" şirkətlərinin birgə vaksinini Böyük Britaniya, ABŞ və Avropa İttifaqı təsdiq etmişdi.

Bu günədək Fransada 2,5 milyondan çox şəxs koronavirusa yoluxub, təxminən 62 min nəfər həyatını itirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti