...

Dünyada koronavirusa yoluxanların sayı 85 milyonu keçib

Dünya xəbərləri Materials 4 Yanvar 2021 08:33 (UTC +04:00)
Dünyada koronavirusa yoluxanların sayı 85 milyonu keçib

Bakı. Trend:

Dünyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 85 milyon nəfəri ötüb.

Trend-in məlumatına görə, bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 85 059 632 nəfərə çatıb. Onlardan 1 841 077 nəfəri ölüb, 47 777 565 nəfəri isə sağalıb.

Bildirilir ki, ən çox yoluxma halları ABŞ-da (20 577 177), Hindistanda (10 323 965) və Braziliyada (7 716 405) qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti